Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Hakim: "Necə olur ki, bir əsgər 32 dəfə şəhər buraxılışına gedir?"

25.09.2019 21:19 1 321
Hakim:
Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az "report"a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahidlər dindirilib. Onlar K.Həsənov komandir olduğu bolüyün əsgərləri olub. Şahid qismində dindirilən Vəliyev İsrafil bildirib ki, K.Həsənovun komandir olduğu bölükdə əsgər olub. 3 dəfə şəhər buraxılışına, bir dəfə uzunmüddətli məzuniyyətə getdiyini deyən şahid bildirib ki, buna görə komandirə heç nə verməyib və başqalarının da pul verməsindən xəbəri yoxdur.
Şahid Məmmədov İxtiyar, Tapdıqov Fədai, Tapdıqov Sahib və Süleymanov Nicat da oxşar ifadə veriblər.
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim bir əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub.

Təqsirləndirilən bunu belə izah edib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb və nümunəvi xidmətinə görə, çox buraxılıb. Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış qeudiyyatı kitabının tədqiq ediləcəyini bildirib.
Proses oktyabrın 1-ə təyin edilib.

Qeyd edək ki, K.HəsənovCinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.
Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olam əsgərlərdən həftəsonu buraxılışı üçün 30-40 manat məbləğində rüşvət alıb.
İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

O bildirib ki, ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb və əsgərlərdən biri o birinə güllə atıb. Sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər