Mojo.az Banner
16:40 "Mançester Yunayted" Bruno Fernandeşlə bağlı QƏRARINI VERDİ  |     16:23 Estoniyada yeni prezident seçildi  |     16:12 Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır  |     16:03 MİDA adından saxta müqavilələr hazırlayan qadınlar ifşa edildi - VİDEO  |     15:52 Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı  |     15:25 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın"  |     15:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     14:23 Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə üç il cəzalandırılıb  |     14:22 Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi  |     14:20 Azərbaycanla Qırğızıstan arasındakı memorandum təsdiq edildi - FƏRMAN  |     14:20 Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ  |     14:18 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı  |     14:18 Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq  |     14:17 "Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib  |     14:15 Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı  |     14:08 Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü  |     14:04 "Kinoyazar" niyə bağlandı? — "Bu, Azərbaycan kinosunun inkişafına vurulan zərbədir" — SORĞU  |     13:55 TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqqıları artırılır  |     13:07 Bakıya gələn əcnəbinin ayaqqabısında patronlar tapıldı - FOTO  |     12:35 DSX avqustda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqladı  |    
Left Banner
Right Banner

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı - 30 milyon ölkədən çıxarılıb

03.12.2018 13:36 2 837
Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı - 30 milyon ölkədən çıxarılıb
Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin məhkəməsi davam etdirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. Məhkəmənin baxış iclası keçirilərkən hakimlər heyəti belə bir qərar qəbul etdi ki, proseslər bundan sonra qapalı keçirilsin.

Median.Az
xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, bu iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində cinayət işinin əsas diqqət çəkən məqamı Eldar Mahmudovun bu iş üzrə şahid qismində dindirilməsidir.

Sabiq MTN başçısı şahid qismində ona görə dindirilib ki, onun rəhbərlik etdiyi nazirlikdə dövlət əhəmiyyətli layihənin icrası üçün ayrılan vəsaitin 30 milyona yaxını mənimsənilib və başqa bir şirkətin hesabına köçürülərək ölkədən çıxarılıb.

İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş. İmzalanmış müqavilə şişirdilərək 30 milyon manat Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb. Bu işdə Sahib Ağayevlə yanaşı, Kanada vətəndaşı Kazem Askarinin də adı keçir.

Sahib Ağayevin və ona himayədarlıq edənlərin əməli MTN ləğv edildikdən sonra üzə çıxıb. Bundan sonra Sahib Ağayev axtarışa verilib. O, Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib.

Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamalarından biri olub. Xəbər verdiyimiz kimi, bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.

Sabiq nazirin istintaqa ifadəsinin bəzi təfərrüatları məlum olub. Bildirək ki, bu ifadə "MTN əməliyyatları” başlayandan bu günə qədər Mahmudovun ictimaiyyətə məlum olan ilk ifadəsidir.

Xatırlayırsınızsa Eldar Mahmudovun adı 2015-ci ildən başlayan "MTN əməliyyatları” çərçivəsində dəfələrlə çəkilib. Həm həbs edilən MTN-çilər, həm də zərərçəkmiş kimi tanınan bir çox iş adamları məhkəmədə ifadə verərkən Eldar Mahmudovun dindirilməsini tələb edirdilər. Lakin məhkəmə bunu zəruri hesab etməyərək Eldar Mahmudovu məhkəməyə dəvət etmədi. Akif Çovdarov, Sübahir Qurbanov və digər MTN generallarının işində də bir çox epizodlarda Eldar Mahmudovun adı keçsə də onun istintaq orqanı tərəfindən dindirilmədiyi üzə çıxmışdı.

Lakin indi məlum olub ki, Mahmudov dostu Sahib Ağayevin əməllərinə görə istintaqda dindirilib. Onu da xatırladaq ki, bir neçə dəfə Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsindən çıxarkən görüntülənmişdi. Məlumata görə, sabiq nazir məhz bu işə görə dindirilmiş, ifadəsi alınmışdı.

Məlumata görə, Mahmudov dindirilən zaman bir zamanlar şəriklik etdiyi Sahib Ağayevin əməllərindən xəbərsiz olduğunu söyləyib.скачать dle 11.3
Mojo.az Banner