Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Əli Həsənov və TV rəhbəri olmuş oğlu məhkəməyə çağrıldı

20.08.2021 18:54 831
Əli Həsənov və TV rəhbəri olmuş oğlu məhkəməyə çağrıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib.

Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.
Növbəti proses sentyabrın 3-ə təyin olunub.

Son xəbərlər