Vaşinqtonda 28 May Azərbaycan Milli Günü elan edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:42 Trampın qələbəsindən sonra afroamerikalılar köləliklə hədələndilər  |     18:38 BMT-nin xüsusi məruzəçisi: "İranda edamların artması məni narahat edir"  |     18:34 Sabahın hava proqnozu AÇIQLANDI  |     17:16 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib  |     16:59 Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO  |     16:33 Əcnəbilər üçün iş icazəsini elektron üsulla əldə etmək mümkün olacaq  |     15:49 Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə TƏSDİQLƏNDİ  |     13:37 Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub  |     12:40 Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı  |     12:38 Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir  |     12:21 "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı  |     23:04 Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?  |     22:45 COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb  |     22:22 Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb  |     21:59 "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb  |     21:35 Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb  |     21:20 ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı  |     21:11 İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb  |     21:01 Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO  |     20:55 Elza Seyidcahan: "Rəfaellə Coşqun qızıllarımı qaytarmır"  |    

Vaşinqtonda 28 May Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Bildirilir ki, yenidən azadlığını qazanan Azərbaycan 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib, hazırda regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

Mer Bouzer imzaladığı bəyannamədə dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 123 05.06.18 13:07