Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:49 Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə TƏSDİQLƏNDİ  |     15:48 Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO  |     13:37 Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub  |     12:40 Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı  |     12:38 Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir  |     12:21 "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı  |     23:04 Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?  |     22:45 COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb  |     22:22 Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb  |     21:59 "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb  |     21:35 Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb  |     21:20 ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı  |     21:11 İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb  |     21:01 Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO  |     20:55 Elza Seyidcahan: "Rəfaellə Coşqun qızıllarımı qaytarmır"  |     20:40 Sabahdan məktəblilərin 17 günlük tətili başlayır  |     20:34 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib  |     20:27 Ərdoğan və Paşinyan Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər  |     20:19 Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırılıb - VİDEO  |     20:12 Şarl Mişel COP29-da iştirak edəcək  |    

Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO

İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermaqda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu natamam quraşdırılıb və işlək vəziyyətdə deyil;

- təxliyə çıxışları və pilləkən qəfəsi əşyalarla tutulub;

- təxliyə çıxışlarını göstərən elektron lövhələr mövcud deyil və təxliyə planı yoxdur;

- obyektin daxili elektrik təsərrüfatında elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib və nasaz elektrik qurğularından, örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;

- daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilərək naqillərin gərginliyə dayanıqlığı yoxlanılmayıb;

- obyekt normalara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- mövcud daxili yanğın su kranları işlək vəziyyətdə deyil;

- obyektin birinci mərtəbəsi layihədənkənar taxta arakəsmələrlə otaqlara bölünərək istismar olunur;

- obyektin ticarət sıralarında ara məsafəsi normativlərə uyğun deyil.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 07.11.24 21:01