Rusiya ordusunun Ukraynanın cənub-şərqindəki Zaporojya şəhərinə hücumu nəticəsində 4 nəfər ölüb, 33 nəfər yaralanıb.
“Reuters“ agentliyinin yaydığı məlumata görə hücum zamanı xeyli ev dağılıb, onkoloji mərkəz isə ciddi zərər görüb.
Regionun qubernatoru İvan Fyodorov “Telegram” hesabında yaralananlar arasında dörd aylıq bir qız, 1 və 10 yaşlarında iki oğlan uşağının olduğunu yazıb.
Fyodorovun sözlərinə görə, Rusiya ordusu şəhərə 6 bomba atıb, onların hamısı mülki infrastruktura, o cümlədən fərdi evlərə və beş mərtəbəli yaşayış binasına dəyib.
Şəhər rəhbərliyi dağıntılar altında daha çox insanın qalması ehtimalı ilə xilasetmə əməliyyatının davam etdiyini bildirib.