Əcnəbilər üçün iş icazəsini elektron üsulla əldə etmək mümkün olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:38 BMT-nin xüsusi məruzəçisi: "İranda edamların artması məni narahat edir"  |     18:34 Sabahın hava proqnozu AÇIQLANDI  |     17:16 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişlənib  |     16:59 Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO  |     16:33 Əcnəbilər üçün iş icazəsini elektron üsulla əldə etmək mümkün olacaq  |     15:49 Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə TƏSDİQLƏNDİ  |     13:37 Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub  |     12:40 Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı  |     12:38 Xankəndi şəhərində Zəfər Günü münasibətilə yürüş keçirilir  |     12:21 "Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı  |     23:04 Unun qiyməti ARTDI – Çörək də BAHALAŞACAQ?  |     22:45 COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb  |     22:22 Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, 4 nəfər ölüb  |     21:59 "Budyo Qlimt" - "Qarabağ" oyunu start götürüb  |     21:35 Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb  |     21:20 ABŞ-da 40 eksperimental meymun laboratoriyadan qaçdı  |     21:11 İsrail qırıcıların alınması ilə bağlı 5,2 milyard dollarlıq saziş imzalayıb  |     21:01 Bu univermağın fəaliyyəti dayandırıldı - VİDEO  |     20:55 Elza Seyidcahan: "Rəfaellə Coşqun qızıllarımı qaytarmır"  |     20:40 Sabahdan məktəblilərin 17 günlük tətili başlayır  |    

Əcnəbilər üçün iş icazəsini elektron üsulla əldə etmək mümkün olacaq

Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur.

Həmçinin, iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.

Bu qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.

Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            66 08.11.24 16:33