Trampın qələbəsindən sonra afroamerikalılar köləliklə hədələndilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |    

Trampın qələbəsindən sonra afroamerikalılar köləliklə hədələndilər

ABŞ-nin 12 ştatında və Kolumbiya dairəsində afroamerikalılar plantasiyalarda köləliyə göndərilmək təhdidləri ilə təhqiredici və irqçi SMS mesajları almağa başlayıblar.

Median.Az-
ın "Washington Post"a (WP) istinadla məlumatına görə, artıq Federal Təhqiqat Bürosu və ştat hakimiyyət orqanları araşdırmaya başlayıblar.

Qəzetin məlumatına görə, SMS-lər əsasən qaradərili tələbələrə göndərilib, zərərçəkənlərin dəqiq sayları məlum deyil.

"Siz ən yaxın plantasiyada pambıq yığmaq üçün seçilmisiniz. Əşyalarınızı toplayın və saat 13:00-da hazır olun. Bizim nəzarətçi-kölələrimiz qəhvəyi rəngli furqonla gələcəklər, plantasiyaya çatanda yoxlanılacağınıza hazır olun", - deyə ismarışların birində deyilir.

Qəzetin yazdığına görə, bəzi SMS-lərdə göndərənin seçilmiş Prezident Donald Trampın tərəfdarı olduğu və ya onun administrasiyası ilə əlaqəsi olduğu iddia edilib. Trampın komandası bu mesajlarla hər hansı əlaqəni rədd edib.

"Qərargahın bu mesajlara heç bir aidiyyəti yoxdur", - deyə respublikaçının qərargah nümayəndəsi Kerolayn Livitt bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 08.11.24 18:42