Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq" » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |    

Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Doutinin nümayəndələri "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin uğradığı qəzanın araşdırılmasında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə təmasdadırlar.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər, Birlik və İnkişaf Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Douti parlamentin Mühafizəkar Partiyasının üzvü Vendi Mortonun AZAL-a məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Britaniya hökumətinə ünvanladığı sualına cavabında bildirib.

"Düşüncələrimiz bu hadisədən təsirlənən hər kəs, o cümlədən həlak olanların ailə üzvləri və dostları ilədir", - deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, London Braziliya, Azərbaycan və Qazaxıstanı faciənin hərtərəfli və müstəqil təhqiqatını təmin etmək işində dəstəkləyir.

"Mənim rəsmilərim Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasda qalırlar", - o vurğulayıb.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər isə yaralanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 15.01.25 13:51