"TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:42 Goranboyda iki maşın toqquşub, xəsarət alan var - FOTO  |     18:30 Sabah Bakının üç qəsəbəsində qaz olmayacaq  |     18:30 Sabah Bakının üç qəsəbəsində qaz olmayacaq  |     18:18 Ədliyyə nazirinin vətəndaş qəbulunun vaxtı dəyişib  |     17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |    

"TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb

"Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefon vasitəsilə sosial şəbəkədə canlı yayım etməsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, məktəbin direktoruna təhsil müəssisəsində sağlam tədris mühitinin təmin olunması üçün pedaqoji heyətlə və şagirdlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb:

"Təhsil müəssisəsində sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, şagirdin valideyni ilə təhsil müəssisəsində görüş keçirilib, maarifləndirici söhbət zamanı belə halların yolverilməz olduğu diqqətə çatdırılıb".

"Şagirdin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdi dərs zamanı mobil telefon vasitəsilə "TikTok" sosial şəbəkə platformasında canlı yayım edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            216 15.01.25 15:35