ABŞ-nin Kaliforniya ştatının cənubunda iki yeni meşə yanğını ocağı qeydə alınıb.
Bu barədə "Axios" portalı məlumat verib.
Məlumata görə, yanğın ocaqları regionda davam edən təhlükəli hava şəraiti fonunda ortaya çıxıb və növbəti təxliyə dalğasına səbəb olub.
"Kaliforniyanın cənubunda yanğın təhlükəsi faktorları hələ də qalmaqdadır: sürəti 45-70 milə (20-31 m/s - red.) çatan güclü külək və diapazonda 8-15% nisbi rütubət müşahidə olunub", - deyə Milli Meteoroloji Xidmətin proqnozunda bildirilib.
Nəşr qeyd edir ki, "Skaut" və "Stoun" adını alan yanğın ocaqları Riversayd dairəsində alovlanıb. Dekabrın 14-də güclü küləklərin müşahidə olunduğu San-Dieqo dairəsində də yüksək yanğın riski qalmaqdadır.
Sinoptiklərin proqnozlarına görə, gələn həftə hava şəraiti daha da pisləşəcək ki, bunun nəticəsində də yeni yanğın ocaqları yarana bilər.