İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 62 nəfər həyatını itirib, ölənlərin ümumi sayı 46.707-yə yüksəlib.
Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda bölgədə həyata keçirdiyi 6 hücumda 62 fələstinlinin həyatını itirdiyi, 153 fələstinlinin isə yaralandığı bildirilib.
İsrail 2023-cü il oktyabrın 7-də hücumlara başladıqdan sonra həyatını itirənlərin sayı 46 min 707-yə, yaralıların sayı isə 110 min 265-ə yüksəlib.
Qeyd edək ki, İsrail 467 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.
//azxeber.com