Bələdiyyələrlə bağlı üç qanuna dəyişiklik edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:43 Paytaxtın 3 qəsəbəsi qazsız qalacaq  |     19:16 Vəfat edən 9 yaşlı Aytacın atası qızının yasına gəlməkdən imtina edibmiş - TƏFƏRRÜAT  |     18:59 Hərbi vəzifəlilərin təlim toplanışı KEÇİRİLİR: Tapşırıqlar İCRA EDİLƏCƏK - VİDEO  |     18:55 Messi "Barselona"ya geri dönür  |     18:50 Ərdoğan Suriya XİN başçısını qəbul edib  |     18:42 Goranboyda iki maşın toqquşub, xəsarət alan var - FOTO  |     18:30 Sabah Bakının üç qəsəbəsində qaz olmayacaq  |     18:30 Sabah Bakının üç qəsəbəsində qaz olmayacaq  |     18:18 Ədliyyə nazirinin vətəndaş qəbulunun vaxtı dəyişib  |     17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |    

Bələdiyyələrlə bağlı üç qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, fərmanla "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.

Həmçinin, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin birinci və ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

Eləcə də "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 713 (Cild I) 2-ci hissəsinin ikinci abzası 2.1-ci bənd hesab olunur və aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilir:

"2.2. həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.".

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı) 2.19-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunur və aşağıdakı məzmunda 2.20-ci bənd əlavə edilir:

"2.20. həmin Qanunun 37.8-ci maddəsinin birinci və ikinci cümlələrində "informasiya sistemi" dedikdə "Bələdiyyələrlə iş" informasiya sistemi nəzərdə tutulur.".

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            102 15.01.25 17:00