Mojo.az Banner
17:20 Bakıda bir neçə mərkəzi küçədə avtomobillərin hərəkəti QADAĞAN EDİLİR  |     17:00 Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?  |     16:40 Bakıda küçə ticarəti: problemlər həll olunacaqmı?  |     16:34 Asan qazanc arzusu gəncləri uçuruma aparır  |     16:03 Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ  |     12:30 Azərbaycanda qadın pilotların sayı açıqlanıb  |     12:06 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     12:03 Rusiyada QEYRİ-ADİ HADİSƏ: Bakıdan gedən aşpazı narşəraba görə saxladılar - FOTO  |     11:56 DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib?  |     11:54 Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər  |     11:53 Bakıda Ukrayna şəhərlərinin dayanıqlı bərpası və baş planları müzakirə edildi  |     11:52 Kliniki Tibbi Mərkəzin həkimi VƏFAT ETDİ - FOTO  |     11:50 Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alırlar?  |     11:47 UEFA Avropa Liqasında FİNAL HƏYƏCANI  |     11:46 Azərbaycan nefti ucuzlaşıb  |     11:39 Bazarlarda nübarlıq meyvələrin QİYMƏTLƏRİ - Video  |     11:33 Küçələri lərzəyə gətirən sürücülərə xəbərdarlıq - Video  |     11:29 "Günə 30-40 manat qazanırıq" - Astara çayını keyfiyyətli edən sirr nədir? (Video)  |     11:14 Hamlet Musayevin qızı həbsdən azad edildi  |     23:01 Supermarketlərdə niyə tez-tez başsız balıq satılır? - Heç kimin bilmədiyi SƏBƏBLƏR  |    
Left Banner
Right Banner

Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir

10.09.2024 13:15 1 452
Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir
Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün "Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi" adlı Beynəlxalq Gənclər Forumu keçirilir.

"Report" xəbər verir ki, dörd gün davam edəcək tədbir Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, "Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə baş tutur.

Forumda Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı (ümumilikdə 18 ölkəni) təmsil edən 24 gənc lider, gənclərlə işləyən QHT rəhbərləri, eləcə də Azərbaycanın 60-dan artıq gənclər təşkilatı rəhbərləri və hökumət strukturu nümayəndələri, ekspertlər iştirak edirlər.

Onların 4 gün müddətində qlobal ətraf-mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, ekokönüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil etməsi nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner