Asan qazanc arzusu gəncləri uçuruma aparır
Gənclərin sürətlə qumar və mərc oyunlarına yönəlməsi son illərdə cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə onlayn platformaların əlçatan olması, sosial şəbəkələrdə mərc reklamlarının artması və qısa zamanda qazanc əldə etmək istəyinin güclənməsi bir çox gənci bu asılılığa sürükləyir. Mütəxəssislər hesab edir ki, məsələ artıq təkcə maddi itkilərlə məhdudlaşmır, eyni zamanda psixoloji problemlər, ailədaxili gərginlik və sosial təcrid kimi təhlükələri də özü ilə gətirir.
Bəs gənclər niyə qumar və mərc oyunlarına daha çox maraq göstərir? Bu meylin arxasında hansı sosial və psixoloji faktorlar dayanır?
Mövzu ilə bağlı Median.Az-a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə bu tendensiya güclənib.

Sosioloqun sözlərinə görə, xeyli sayda insanlar bu bəlaya düçar olub. Bu, birbaşa narkomaniyadır. Qumar zərərli və daimi vərdişə çevrilir. Bu hal son dərəcə şəxsin özünə və ailəsinə qarşı etdiyi bir cinayətdir.
Səbəblərə toxunan Elçin Bayramlı əlavə edib ki, bu məsələyə fərqli aspektlərdən baxmaq lazımdır. İlk növbədə asan yolla pul qazanmaq, sürətli varlanmaq arzusunu görürük. Bəzi şəxslər isə ehtiyacı olmadığı təqdirdə bundan sadəcə zövq alır. Çünki qumar xəstəliyinə tutulur.
"Ümumi götürdükdə bu məsələlər insanların həyatına, cəmiyyətə çox ciddi zərər vurur, ailələri dağıdır. Hətta insanları borca-xərcə, kreditə məhkum edir. Qumar bəzi hallarda cinayətlərə belə səbəb olur", — deyə sosioloq qeyd edib.
Onlayn qumar platformaları barədə danışan E. Bayramlı bildirib ki, hər il Azərbaycandan bəlkə də yüz milyonlarla vəsait başqa ölkələrə gedir. İnsanları aldadıb, şirnikləşdirib milyonlarla pulu talayıb aparırlar. Bunların da mənşəyi bilinmir. Çünki xarici ölkələrdən idarə olunur. Və heç bir məsuliyyəti də yoxdur. Belə hallarda aldadılan vətəndaşların da əli heç yerə çatmır.
Dövlət tərəfindən buna qarşı aparılan mübarizə məsələsinə toxunan sosioloq vurğulayıb ki, Daxili İşlər Nazirliyi dəfələrlə belə mənbələri ifşa edir, bəzilərini həbs edir. Amma bir çoxu naməlum xarici resurslardadır və əlçatan deyil. Lakin mümkün qədər bu barədə mübarizə aparılır. Xüsusən də qanunsuz mərc və qumar, lotoreya oyunları qanuni olanda məsuliyyət yaranır. Azərbaycanda fəaliyyət göstərən mərc oyunlarının hüquqi və sosial məsuliyyəti var. Hər hansı bir problem yarandıqda, şikayət edib problemi həll etmək olur. Ancaq onlayn olduqda, bu, harada və necə olduğu bilinmir. Beləliklə, şirnikləşdirilən vətəndaş bütün həyatını məhv edir.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri sonda qeyd edib ki, hər bir halda insanlar zəhmətlə, vicdanla, halal yolla pul qazanmağa çalışmalıdır. Qumar qazancı haramdır. Məsələyə dini-mənəvi baxsaq, haram sayılır. Xüsusilə də qanunsuz mərc oyunudursa, ümumiyyətlə, hüquqi tərəfdən də cinayətdir. Başqalarının pullarının mənimsənilməsidir. Bu, eyni zamanda mənəvi cəhətdən də insanın özünə qarşı etdiyi bir cinayətdir. Uşaqları və yeniyetmələri onlayn platformalardan kənar tutmalıyıq. İnsanlar bir-birinə bunun fırıldaq olduğunu izah etməlidir. İctimai-sosial məkanda, mediada davamlı olaraq izah olunmalıdır. Həmçinin, dövlət orqanları bu işi aparır və daha da güclənməlidir. DİN bu məsələləri mütəmadi olaraq işıqlandırır, maarifləndirir. Amma insanlara dərs olmur, yenə də zərərə düşürlər. Ölkəmizdən də külli miqdarda valyuta xaricə çıxır və xarici quldurlar talan edir. Bu məsəllərə qarşı həm dövlət, həm də cəmiyyət səviyyəsində mübarizə aparmalıyıq.
Dəniz Pənahova
Median.Az