Mojo.az Banner
23:03 Yaşı 65 olanların NƏZƏRİNƏ  |     22:58 Məşhur müğənni ikinci dəfə xərçəngə qalib gəldiyini açıqladı  |     22:51 Əfqanıstanda qızların evlilik yaşı azaldıldı  |     22:43 İran Hörmüz boğazı üçün yeni qayda hazırlayır  |     22:37 Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib  |     22:31 AZAL, yoxsa ADY: Tbilisiyə hansı ilə səfər sərfəlidir?  |     22:26 Bakıda bu ərazidə parklara əyləncə və idman avadanlıqları QURAŞDIRILACAQ  |     22:21 Naxçıvanda işığın verilməsində fasilə olacaq  |     22:13 Məzunlara attestatlar elektron qaydada veriləcək - Hansı yeniliklər var?  |     22:07 Ebolanın yeni ştamı yayıldı - müalicəyə tabe olmur  |     22:00 Smartfonlar yaddaşımızı necə məhv edir?  |     21:53 Avtomatik sürətlər qutusundakı gizli mexanizm necə işləyir? – ARAŞDIRMA  |     21:47 Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir  |     21:40 Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa borc tələsi?  |     21:35 Bu pullar etibarsız sayılır - Mərkəzi bankdan xəbərdarlıq  |     21:28 Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı  |     21:20 Tezalışan elektromobil, yoxsa yanlış təbliğat?  |     21:14 "Qəbələ" "Şamaxı"ya qalib gəldi  |     21:07 Azərbaycanda dövlət qurumlarından biri ləğv olundu  |     21:02 Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb  |    
Left Banner
Right Banner

Bakıda bir neçə mərkəzi küçədə avtomobillərin hərəkəti QADAĞAN EDİLİR

20.05.2026 17:20 237
Bakıda bir neçə mərkəzi küçədə avtomobillərin hərəkəti QADAĞAN EDİLİR
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bir neçə mərkəzi küçəni piyadalaşdıracaq.

Bu barədə AYNA məlumat yayıb.

Məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının və dəhlizlərinin yaradılması davam etdirilir.

Bu yaxınlarda paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər sakinləri və qonaqların ixtiyarına verilib. Rəğbətlə qarşılanan, müasir şəhərsalma prinsiplərinə tam uyğun olan bu laylihənin İslam Səfərli küçəsinə yaxın ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.

Belə ki, Nəqliyyatı Əlaqələndirmə Şurası Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edib. Yaxın günlərdə istər yerli sakinlər, istərsə də qonaqlar üçün olduqca cəlbedici olan bu məkanlarla bağlı dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.

Xatırladaq ki, 19-20-ci əsrlərə aid tarixi tikililərin mövcud olduğu bu küçələr hazırda avtomobil sıxlığının mərkəzindədir. Sakinlər və şəhərimizin qonaqları avtomobil sıxlığı səbəbindən bu məkanlarda yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. Adıçəkilən küçələrdə səkilərin dar, piyada axınının isə çox olması səbəbindən ərazini faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları geniş istifadə edirlər. Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar olan bu ərazilərin tamamilə avtomobilsiz edilməsi nəzərdə tutulur.

Layihənin icrası nəticəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada küçələrinin ümumi uzunluğu ciddi şəkildə artacaq. Bununla da şəhər mərkəzinin piyada infrastrukturunun daha da inkişafı və genişləndirilməsi təmin ediləcək. Həmçinin Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki müstəqil piyada marşrutu formalaşacaq.

Piyadalaşdırılacaq küçələrin parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin bu küçələrə daxil olması üçün şərait yaradılacaq.









скачать dle 11.3
Mojo.az Banner