Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndində yerləşdirilmiş erməni sakinlərin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.
Bu barədə kənd sakinləri məlumat veriblər.
Məlumata görə, hazırda ərazidə 20-25 istehkamçı işləyir.
Qeyd edək ki, Azərbaycanla delimitasiyanın nəticələrinə əsasən, sərhəd xətti kilsənin yaxınlığından keçəcək. Aşağı Əskipara kəndində yaşayan ermənilər kilsə ərazisini minalayıblar.