Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |    

Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan dörd kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılaşmanı alqışlayırıq”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılaşma ilə bağlı verdiyi açıqlamada bildirilib.

“Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət irəliləyiş yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            657 20.04.24 19:00