İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |    

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 074 19.04.24 17:48