AŞPA məruzəçisi: “Ağdam şəhərində vaxtilə insan yaşadığına inanmaq olmur” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |    

AŞPA məruzəçisi: “Ağdam şəhərində vaxtilə insan yaşadığına inanmaq olmur”

“Ağdam şəhərində vaxtilə 30 min insanın yaşadığına inanmaq olmur”.

“Report” xəbər verir ki, bunu Avropa Şurası Parlament Assembleyasının (AŞPA) bu gün keçirilən payız sessiyası zamanı "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabatın müəllifi, irlandiyalı deputat Pol Qavan (Paul Gavan) bildirib.

“Ağdamda olduğum zaman şəhərin yerlə yeksan olduğunu gördüm. Əvvəllər 30 min əhalisi olan şəhər tamamilə xarabalığa çevrilib. Bu şəhərdə əvvəllər insanların yaşadığına inanmaq belə bu gün çətindir” - məruzəçi deyib.

İrlandiyalı deputat AŞPA üzvlərini iki xalq arasında sülhün yaranması naminə fəal tədbirlər görməyə dəvət edib: “Sülhə nail olmaq üçün qarşılıqlı inamın yaranması vacibdir. Bunun üçün biz əlimzdən gələni əsirgəməməliyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 27.09.21 21:27