Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |    

Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi AÇIQLANDI

Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynaya 170,5 milyon ABŞ dolları məbləğində birbaşa investisiya qoyub.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasından məlumat verilib.

Ukrayna İqtisadiyyat nazirinin müavini İrina Novikovanın Assosiasiya rəhbəri Cəlal Hüseynovun məktubuna rəsmi cavabında bildirilir ki, bu göstərici, 2020-ci ilin sonu ilə müqayisədə 0,5 % çox, 2019-cu ilin sonu ilə müqayisədə isə 12,2 % azdır.

Ümumiyyətlə, Azərbaycan son bir neçə il ərzində Ukraynaya, təxminən, 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub. Azərbaycanda 215 şirkətinin fəaliyyət göstərdiyi Ukrayna isə ölkəmizə cəmi 25 milyon ABŞ dolları sərmayə yatırıb.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında xarici ticarət dövriyyəsi 466,943 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 10 % azdır. Bunun 210,379 milyon ABŞ dolları ixracın, 256,563 milyon ABŞ dolları isə idxalın payına düşüb. Hesabat dövründə ixrac 22,9 % az, idxal isə 4,3 % artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 638 02.09.21 18:27