Teleaparıcı Kamran Həsənli əməkdar artisti ilk dəfə efirə çıxarmasından danışıb.
Median.Az - in ölkə.az-a istinadən məlumatına görə, bu barədə "Onda başladıq" verilişində danışan Həsənli hətta Yaqubovu efirə dəvət etdiyinə görə təhqir edildiyini söyləyib:
"Eyyub Yaqubovu ilk dəfə efirə dəvət edəndən sonra qəzetlər mənim erməni olduğumu yazırdılar. Hətta iş o həddə çatdı ki, telekanaldan mənə Eyyubu bir daha efirə dəvət etməmək tapşırıldı. Rəhbərliyə dedim ki, biz onu efirə çıxartmalıyıq ki, gənclik onun ardınca düşsün. Amma yenə də qadağa qoydular".
K.Həsənli bildirib ki, bu qadağadan sonra Yaqubovu efirə dəvət etmək üçün fənd fikirləşib