Prodüser Tarix Əliyev canlı yayımdan ad çəkmədən hansısa xanım müğənniyə ismarıc göndərib.
Median.Az -ın verdiyi məlumata əsasən Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin aparıcısı olan prodüser Tarix canlı yayından ad çəkmədən hansısa xanım müğənniyə ismarıc göndərib. O bu sözləri qeyd deyib : " Amma insan var ki, özünün o qədər eyibi var ki,biz bunu xalqa açıqlaya bilmirik.Amma otururlar iki bacı yan-yana gəl ay qonşunun qızı,sən məni təriflə mən səni tərifləyim. Amma sizin yadınızdan çıxıb ki,bəyənmədiyiniz adamın yanında sizi telefonda nə qədər ağladıblar.Nə tez yadınızdan çıxıb ki,sizin indi bəyənmədiyiniz xanım müğənninin yanında sizin keçmiş sevgiliniz, sizi telefonda ağladıb və siz bilmisiz ki,onun yanında filan müğənnidi və siz demisiz ki,niyə belə oldu... "
Tolik bu sözlərin Sevil və Sevinc bacılarına aidiyyatı olmadığını da əlavə edib.
Həmin video görüntünü sizə təqdim edirik.