Afaq Aslan Kamran Həsənli ilə olan münaqişəsi haqqında danışıb.
Median.Az -in əldə etdiyi məlumata əsasən Afaq sosial şəbəkədə bu fikirləri səsləndirib : " Qarşı tərəf susdu.Susmaqda mənim açıqlamalarımı qəbul etmək deməkdi,eyni zamanda razılıq əlamətidi.Çünki mən həqiqətləri söyləmişəm.Heç kim haqqında böhtan xarakterli açıqlamalar etməmişəm.Mən bu insanı tanıyanda onun yalançı,fırıldaqçı və dələduz olması haqqında eşitmişdim. O insanla məni birləşdirən heç bir şey yoxdur.Sadəcə reytinq xətrinə mənə ilişmək istədi və cavabını da aldı . "
Qeyd edək ki,bir neçə müddət əvvəl televizya verlişlərinin birində qonaq olan müğənni Afaq Aslanla aparıcı Kamran Həsənli arasında münaqişə yaşanmışdı. Afaq Aslan efiri tərk etmişdi.