Aparıcı Kamran Həsənli başını dərdə salacaq sözlərə yol verib.
“Onda başladıq” verilişində telejurnalist növbəti dəfə bayağı musiqi mövzusunda söhbət açıb.
Xatırladaq ki, bununla proqramda növbəti dəfə eyni mövzu ətrafında fikir mübadiləsi aparılır. Görünür, Kamran Həsənli bayağı musiqini özünə əməlli-başlı dərd edib. Baxmayaraq ki, ötən dəfə proqrama dəvət etdiyi müğənnilərdən biri ilə arasında sözügedən mövzu ilə bağlı gərginlik yaşanıb.
Bu gün isə aparıcı bayağı musiqiçi hesab etdiyi müğənnilərin Rusiyada konsert verməsindən danışarkən qalmaqallı sözlər deyib.
O bildirib ki, qonşu ölkədə də bu cür ifaçıların elə özü kimi dinləyici kütləsi olur.
Kamran Həsənli bir az da irəli gedərək onların təfəkkür, düşüncə, zövq problemi olduğunu dilə gətirib./minval.info