Ələkbər Yasamallının evi qarət edildi: Özü isə hədələnir » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:39 Xalq artisti palataya köçürüldü  |     18:11 Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxardılar?  |     17:42 Aİ Ermənistanda öz missiyasının mandatını 44 milyon avro büdcə ilə iki il müddətinə uzatdı  |     17:10 Üç ölkənin bəzi ərazilərindən quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub  |     16:54 18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU  |     16:53 Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb (YENİLƏNİB)  |     16:36 Tanınmış ekspert həbs edildi  |     16:35 Bakıya gələn təyyarədə texniki nasazlıq: sərnişinlər uçmaqdan imtina etdi  |     16:20 "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT  |     15:41 Saxta diş həkimlərinin ifşası - "Çəkilişi görüb, "işləmir" dedilər" - VİDEO  |     15:29 İsveçdə Qurani-Kərimi yandıran şəxs öldürülüb  |     14:05 Xocalı gil yatağı satılacaq  |     13:48 Azərbaycanda problemli kreditlərin həcmi 3%-ə yaxın artıb  |     13:30 Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi  |     13:22 Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var  |     13:21 Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq  |     13:02 Durov Qərbin süni intellekt sahəsində Çindən niyə geri qaldığını izah edib  |     12:59 Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama  |     12:52 Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq  |     12:36 Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu  |    

Ələkbər Yasamallının evi qarət edildi: Özü isə hədələnir

Meyxanaçı Ələkbər Yasamallının evini talayıblar.

Bu barədə "Qaynarinfo"ya onun özü məlumat verib.

Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar:

"45 yaşım var, bundan sonra mənə torpağın üstü deyil, altı maraqlıdır. Burada söhbət konkret cinayət əməlindən gedir. 2005-ci ildə tikdiyim evin qarşısı yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün külli miqdarda pul təklif edib. Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar. Hadisənin video görüntüləri var".

Meyxanaçı evinin talanmasında qazi Mirmövsüm Eynalovu ittiham edib:

"Məhəlləni əlimizdən alıb meyvə dükanı açmaq istəyirlər. Evin ustasını, gözətçisini hədələyirlər. Elə vəzifəli adamların adlarını çəkirlər ki, adamı vahimə basır. Mirmövsüm Eynalov hər gün gəlir, evdən çıxmağımızı tələb edir. Deyirəm ki, sən mənim evimdə meyvə satmaq istəyirsən, amma sənin əlin-qolun var. Şəhid balası torpağın altındadır. Sən onun torpağına əl qoyursan. Onun ailəsinin öz evində yaşaması daha çox onun haqqıdır. Gəl nə tikirsənsə tik, heç olmasa şəhidin balasının haqqını ver".

Ələkbər Yasamallı artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduğunu qeyd edib:

"Məni qorxudur. Deyir ki, birbaşa yuxarıya çıxışım var. Eynalov qazidir, Şamaxıdandır, dediyinə görə, zavodu var, amma mənim bir tikəmi də əlimdən almaq istəyir. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            315 31.07.24 18:15