"Eurovision-2025" keçirilməyə bilər - İsveçrə müsabiqədən imtina edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:24 Günəşdə güclü partlayışlar baş verdi  |     22:07 Bu şəxslər üçün tibbi arayış ödənişsizdir  |     21:53 Bakıda müəllim faciəvi şəkildə həlak oldu  |     21:34 Sabah Yevlaxın bir hissəsində qazın verilişində fasilə olacaq  |     21:24 Şamaxıda FACİƏ: məktəbli uşaq zəhərlənib öldü  |     21:04 Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN  |     20:54 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir - VİDEO  |     20:42 Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı  |     20:36 Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi  |     20:29 Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:23 MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     20:18 Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır  |     20:10 Belçikanın yeni hökuməti and içib  |     20:02 Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb  |     19:57 Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib  |     19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |     19:39 Bakıda yerli istehsalçıların yarmarkası keçiriləcək  |     19:31 Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:25 Çin ABŞ ilə ticarət danışıqlarına başlamağı planlaşdırır  |    

"Eurovision-2025" keçirilməyə bilər - İsveçrə müsabiqədən imtina edir

"Eurovision 2024"ün qalibi olan İsveçrə rəhbərliyi müsabiqəni ləğv etmək istəyir.

Qaynarinfo RTS-yə istinadən xəbər verir ki, yerli siyasi partiyaların təklifləri ilə ölkə musiqi müsabiqələrini qəbul etməyə bilər.

Federal Demokratik İttifaq müsabiqə üçün vəsait ayrılmasının əleyhinədir. "Eurovision"dan çıxmaq qərarı yaxın vaxtlarda verilə bilər.

Siyasətçilər müsabiqənin, xüsusən də 2024-cü ildə "antisemit hadisələri və şeytani töhfələrlə müşayiət olunduğunu" əsas gətirirlər. Bildiyiniz kimi, bu il şou İsveçin Malmö şəhərində keçirilib. Final günü şəhərin küçələrində etiraz aksiyaları baş tutub. İnsanlar Qəzzadakı müharibəyə görə İsrail təmsilçisi Eden Qolanın müsabiqədən çıxarılmasını tələb ediblər.

"Son vaxtlar antisemit hadisələr tez-tez baş verir. Bu il israilli müğənniyə qarşı etirazlar İsveçrədə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı narahatlıq doğurur və bu, ölkənin təhlükəsizliyinə ciddi təhlükə yarada bilər, biz bunu da unutmuruq. Satanizmi və okkultizmi tərənnüm edən tətbiqlərin sayı getdikcə artır, buna misal olaraq "Bambie Thug"u (İrlandiya nümayəndələri) göstərə bilərik", deyə bəyanatda bildirilir.

Buna görə də federal birlik öz ölkəsinin vətəndaşları üçün narahatlığını ifadə edib. Onlar təhlükəsizlikdən narahatdırlar, çünki hesab edirlər ki, "Eurovision" müsabiqəsi zamanı toqquşmalar baş verə bilər.

Yeri gəlmişkən, İsveçrə yarışa 20 milyon frankdan çox pul ayırmaq istəyirdi. Lakin siyasətçilər pul ayrılması qərarına etiraz etmək və şou keçirmək üçün imza toplanması təşkil etmək istəyirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            387 11.07.24 20:57