Amerikalı müğənni Britni Spirs "İnstaqram" hesabını silib.
Bu barədə “The Mirror” məlumat yayıb.
Pop ulduz əvvəllər də sosial media hesabını silib. Lakin bu dəfə Spirs bir daha musiqi ilə məşğul olmayacağını elan etdikdən bir neçə gün sonra hesabını deaktiv edib və səhnəni birdəfəlik tərk etdiyini deyib.
Britni Spirs bir müddət əvvəl yeni albom üzərində işlədiyinə dair xəbərləri təkzib edib, həmçinin musiqi sahəsinə heç vaxt qayıtmayacağına söz verib.İfaçının sözlərinə görə, o, yeni mahnıları yalnız “əylənmək üçün və ya sifarişlə” yazır.
//sfera