FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |    

FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yanğın təhlükəsizliyi ilə bağlı yoxlama aparıb.

Qaynarinfo-nun məlumatına görə, universitetdə yoxlama FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilib.

Universitetin rektoru Ceyran Mahmudova barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İşə 11.02.2025-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 31.01.25 20:35