DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:51 Paşinyan: "Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır"  |     16:38 Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılır  |     16:18 XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir  |     16:05 Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     15:52 Myanmada dörd il davam edən fövqəladə vəziyyət rejimi yenə uzadıldı  |     15:40 Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər  |     15:17 Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"  |     15:10 Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)  |     14:57 Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri bu axşam Bakıya gələcək  |     14:54 Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı - VİDEO  |     14:41 İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....  |     14:29 DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO  |     13:45 Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu  |     13:30 İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı  |     13:10 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər  |     13:00 Əli Əsədov Almatıda beynəlxalq forumda iştirak edir  |     12:57 Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     12:54 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     12:52 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi  |     12:52 Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb  |    

DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib.

Nazirliyin yaydığı müraciətdə bildirilib ki, onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir.

Məlumata görə, süni intellektin köməyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olur:

"Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə, mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz. Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin. Kartınızın təhlükəsizliyi öz əlinizdədir!" - deyə çağırışda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 31.01.25 14:29