Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:27 Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi  |     18:19 Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir - VİDEO  |     18:05 "Sumqayıt" iki futbolçusu ilə yollarını ayırıb  |     17:49 "Roşka" ləqəbli tiktoker yenidən HƏBS EDİLDİ  |     17:41 Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Naxçıvanda tutuldu  |     17:30 Norveç Rusiya ekipajlı gəmini həbs etdi (SƏBƏB)  |     17:18 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi  |     17:09 Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıya gəlib  |     16:51 Paşinyan: "Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır"  |     16:38 Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılır  |     16:18 XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir  |     16:05 Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     15:52 Myanmada dörd il davam edən fövqəladə vəziyyət rejimi yenə uzadıldı  |     15:40 Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər  |     15:17 Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"  |     15:10 Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)  |     14:57 Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri bu axşam Bakıya gələcək  |     14:54 Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı - VİDEO  |     14:41 İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....  |     14:29 DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO  |    

Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, H.Mirzəyev küçəsində yerləşən "Butasu A" MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub.

Yoxlama zamanı qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik "Buta" əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            99 31.01.25 16:05