Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:38 Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılır  |     16:18 XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir  |     16:05 Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     15:52 Myanmada dörd il davam edən fövqəladə vəziyyət rejimi yenə uzadıldı  |     15:40 Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər  |     15:17 Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"  |     15:10 Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)  |     14:57 Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri bu axşam Bakıya gələcək  |     14:54 Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı - VİDEO  |     14:41 İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....  |     14:29 DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO  |     13:45 Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu  |     13:30 İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı  |     13:10 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər  |     13:00 Əli Əsədov Almatıda beynəlxalq forumda iştirak edir  |     12:57 Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     12:54 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     12:52 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi  |     12:52 Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb  |     12:49 UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib  |    

Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Həcər Hüseynovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

Median.Az
"Unikal"a istinadla xəbər verir ki, ilk olaraq təqsirləndirilən şəxs Həcər Hüseynovanın vəkili 126.2.3-cü maddənin 126.1-ci maddəyə tövsif edilib ona şərti cəza verilməsini məhkəmədən xahiş edib. Sonra hakim Həcər Hüseynovaya son söz verib. Həcər Hüseynova zərərçəkmiş şəxsdən bağışlanmasını istəyərək ona şərti cəza verilməsini istəyib.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Valeh Ələkbərov Həcər Hüseynovanın 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, Həcər Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib və onun cəzası 2024-cü ilin avqust ayından hesablanıb. Həmçinin zərərçəkmişin mülki iddiası qismən tətbiq edilərək təqsirləndirilən şəxsə 3200 manat ziyan ödəmək barəsində qərar qəbul edilib.

Qeyd edək ki, Həcər Hüseynova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb. Belə ki, Həcər Hüseynova Olimpiya kompleksinin ətrafında avtomobildə Azər Ağayevin üzərinə yandırıcı maddə - turşu (kislota) tökərək onun bədəninin 30-35 faizini yandıran hərəkətlər edib. Bununla da onun sağlamlığına ağır xəsarət yetirib. İttiham aktına görə, onlar sevgili münasibətində olublar. Azər Ağayevlə Həcər Hüseynovanın dünyasını dəyişən əri Mehdi Hüseynov qohum olublar. Mehdi dəfələrlə Həcərə bildirib ki, onun Azərlə sevgi münasibəti var. İstintaqla da sübut olunub ki, həqiqətən, Azər Həcərlə onların evinin hamamında cinsi əlaqədə olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            84 31.01.25 13:45