Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Median.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər. Buna nail olmaq üçün xeyli işləməli olduq. Azərbaycanın hüdudlarından kənarda yaşayan şahmatçılar da gəliblər. Bu da sevindirici haldır. Bu, kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci çempionatıdır. Yarışın ədalətli keçməsini istəyirik. Şahmatçıların taxta arxasında döyüşkən və fəal mübarizə aparacağına ümid edirik. Əsl idman mübarizəsi olacaq. Maraqlı partiyalar görəcəyik. Hamınıza uğurlar arzulayıram".