Röya və Mətanət İsgəndərli əl-ələ verib, xeyirxahlıq etdilər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq  |     22:59 Gəncədə işə düzəltmə dələduzluğu  |     22:53 Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?  |     22:48 Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR (FOTO)  |     22:41 Martda neçə gün evdəyik?  |     22:36 Sumqayıtda avtobusda yanğın olub - VİDEO  |     22:30 Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib  |     22:23 Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var  |     22:18 Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar  |     22:11 Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb  |     22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |    

Röya və Mətanət İsgəndərli əl-ələ verib, xeyirxahlıq etdilər - VİDEO

Xalq və Əməkdar artist əl-ələ verib, bayram günlərindən bir tələbəyə sevinc bəxş ediblər.

Median.Az
xəbər verir ki, Xəzər TV-də yayımlanan “5-də-5” axşam şousuna gələn ana, oğlunun təhsil haqqını ödəyə bilmədiyi səbəbi ilə müraciət edib. Proqramın aparıcısı Zaur Kamal ötən verilişdə qonaq olan Xalq artisti Röya Ayxana “Biz 2020-ci ildən belə bir kampaniyaya başladıq. Tələbələrin təhsil haqlarını ödəyirik” kimi fikir irəli sürüb.

Röya “Mən də istərdim, bir neçə tələbənin təhsil haqqını ödəyim. Çünki təhsilə ödənilən pul yaddaşdan silinmir”, - deyə cavab verib. Zaurun “1500 manat verərsən?” sualına xalq artisti müsbət reaksiya bildirib. Verilişin aparıcısı isə Röyanı bu addımına görə alnından öpüb.

Anaya pulla dolu zərfi uzadan Zaur “2200 manatdan qaldı 700 manat” deyib. Bu anda isə canlı efirdə qonaq olan Əməkdar artisti Mətanət İsgəndərli “Qalan 700 manatı isə mən ödəyərəm” deyib, ailənin üzünü güldürüb. Sevincdən gözləri dolan ana ilə bala onlara kömək göstərdikləri üçün hər iki sənətçiyə minnətdarlığını bildiriblər.

Müğənnilərin bu cür addım atması isə cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 971 07.01.20 22:56