Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar - Ölüdən virus keçirmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |     19:04 Komissiya: Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb  |     19:03 AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb  |     19:02 İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb  |     19:01 Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək  |     19:00 Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq  |     18:59 "Lion" yeni baş məşqçisini açıqlayıb  |     18:58 Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb  |     18:58 Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb  |     18:57 Azərbaycanda pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib  |     18:56 Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib  |     18:55 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |    

Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar - Ölüdən virus keçirmi?

Məlumdur ki, bütün dünyada və Azərbaycanda xəstəxanalarda koronavirusdan vəfat edənləri yuyub kəfənləmək üçün evə və dini qurumlara göndərmir, bu prosedurlar elə xəstəxanada yerinə yertirilir.

Meyit xüsusi maddə ilə işlənir, ailəsinə xüsusi qaydalarla təhvil verilir və meyitin evə qaldırılmasına, vida mərasiminin keçirilməsinə icazə verilmir.

Median.Az xəbər verir ki, virusdan ölənin bədənindən canlı adamlara koronanın ötürülüb-ötürülməməsi sualının bu günə qədər dəqiq cavabı yoxdur.
ÜST tövsiyələrində bildirilir ki, vəfat edənlərin meyiti yoluxma üçün təhlükə yaratmır.

Lakin bir çox alimlər virusun yenicə rəhmətə gedənin bədənində, selikli qişalarında hələ bir müddət yaşadığını və ona toxunan insanlara keçə biləcəyini deyir.

Rusiyanın mikrobilologiya üzrə professoru Kamilə Mustafina deyib ki, ölümdən sonrakı ilk 2 sutkada bədənin səthindən və meyitin ağciyərlərindən ağız boşluğuna selik və su gəlməsini nəzərə alsaq, canlkı təmasdan yoluxma ola bilər.

"Virus aşağı hərarəti, nəmişliyi, rütubəti, təri sevir, ona görə bir müddət bədəndə canlı qala bilər. Xüsusən təhlükə meyiti yaran patoloqanatomlar və təmizlik işçiləri üçün var.

Əgər meyitə vəfat edənin yaxınları hansısa yolla açıb toxunursa, xüsusən ağız, burun hissəsi, bədən səthindəki nəm rütubət və s. yoluxma ola bilər. Ona görə meyiti xüsusi qoruyucu geyimdə olan sanitar işçilər dəfn etməlidir.

Lakin meyit 2-3 sutka qaldıqca təbii ki,orda virusun da ölümü baş verir. Müəyyən müddət sonra meyit ətrafdakılar üçün təhlükə yaratmır. Meyit dəfn olunduğu torpağa virusu keçimir".

Qeyd edək ki, Avropa və Rusiyada koronavirus xəstələrini dəfn edənlər arasında yoluxma halları həkimlərdən az deyildi. /medicina.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 158 17.09.21 23:28