AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:21 Xırdalanda avtobus piyadanı vuraraq öldürüb  |     22:13 Neft Daşları-Dübəndi neft xəttində sızma baş verdi  |     22:03 Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz...  |     21:59 Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib  |     21:25 Deputat: Dünyada hansı çirkin iş varsa, arxasından məhz USAİD çıxır  |     21:18 Şəkidə ikifərdi yaşayış evindəyanğın olub  |     21:07 Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərlə bağlı fikir mübadiləsi aparılıb  |     20:53 Donald Tusk: Ölkədə qanun pozan əcnəbiləri deportasiya edəcəyik  |     20:44 Türkiyədə güclü zəlzələ oldu  |     20:28 Bakıda "Bolt" taksisi YANIR - VİDEO  |     20:17 Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     20:08 Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi  |     20:01 "Oleq Bakinski"nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib  |     19:28 Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib  |     17:43 Bakıda 52 yaşlı kişi özünü binadan atdı  |     17:24 Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi  |     16:52 Azərbaycanda güclü qar yollarda təhlükəli vəziyyət yaratdı  |     16:31 Dmitri Peskov Bakıda "Rus evi"nin bağlanması ilə bağlı açıqlama verib  |     16:30 Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? - RƏSMİ  |     16:27 "İnstpower" piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU  |    

AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla, son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2 002 kilometr və ya 12 dəfəyədək artıb.

Bu barədə “Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, 2004-cü ildə ölkədə I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 187 kilometr təşkil edirdi.

Hazırda I texniki dərəcəli avtomobil yollarının ümumi uzunluğu 2189 kilometr təşkil edir.

Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsini təşkil edən Şimal-Cənub və Şərq-Qərb (İpək yolu) magistral avtomobil yolları birinci texniki səviyyədə yenidən qurulub, yol üzərində tikilmiş müxtəlif səviyyəli qovşaqlar hesabına nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkəti təmin edilib və bütün dəhlizlər vasitəsilə 2024-cü il ərzində 7 milyon tondan çox yük daşınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            216 31.01.25 19:03