İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) pambıq mahlıcının keyfiyyətinin müəyyən edilməsi və təsnifatı ilə bağlı üç yeni dövlət standartını qəbul edib.
Bu barədə AZSTAND məlumat yayıb.
Bildiriblib ki, bunlar AZS 965:2024 (O’z DSt 3295:2018) "Pambıq mahlıcı. Təsnifat cihazlarının köməyi ilə fiziki-mexaniki xassələrin müəyyən olunması üçün standart sınaq metodları", AZS 969:2025 (O’z DSt 632:2021) "Pambıq mahlıcı. Qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları" və AZS 154:2025 "Pambıq mahlıcı. Yetişkənliyin müəyyən edilmə metodları"dır.
Məlumata görə, qəbul edilən dövlət standartları pambıq mahlıcının rəngi, tullantı səviyyəsi, mikroneyr göstəricisi, yuxarı orta uzunluğu, uzunluq bərabərlik indeksi, xüsusi qırılma yükü, pambıq analizatorlarında qüsur və zibil qarışıqlarının kütlə payı kimi göstəricilərinin təsnifat cihazları vasitəsilə qiymətləndirilməsini müəyyən edir. Həmçinin, standartlaşdırılmış alətlər (SITC) vasitəsilə nepslərin (düyünlərin), polyarizasiya işığında pambıq nümunələrinin və havakeçirmə qabiliyyətinə əsasən yetişkənlik əmsalının təyin edilməsi metodlarını da əhatə edir.
Sözügedən standartlar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bazasında fəaliyyət göstərən "Pambıqçılıq sənayesi"nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 38) müzakirə olunub və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
//report