Şərti sərhəddə təxribat: DSX zabiti Ermənistan tərəfdən açılan atəşdən yaralanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:37 Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb  |     17:35 Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ  |     17:22 Vilyam Hacıyevin oğlu arvadı ilə "Range Rover"i bölə bilmir  |     17:12 Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır  |     17:12 Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib  |     17:03 Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:37 Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi  |     15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |     15:25 "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO  |     15:13 İsrail Qəzzada iranlı jurnalisti həbs edib  |     15:02 "Olimpiakos"un prezidenti "Qarabağ" üzərində qələbəyə görə futbolçulara böyük bonus vəd etdi  |     14:42 Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı artdı  |     14:23 VHP-dən Tənzilə Rüstəmxanlının hacı Şahinlə bağlı açıqlaması barədə BƏYANAT  |     13:36 TƏBİB İsmayıllıda baş verən körpə ölümünün ilkin səbəbini açıqladı  |     13:16 Kapitoli binası yaxınlığında silahlı şəxs saxlanıldı  |     13:09 Bəzi ölkələrdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub  |     13:04 Tramp "Dəmir qübbə" müdafiə sisteminin qurulmasına dair sərəncam imzalayıb  |     13:00 "Coca-Cola" Avropadakı məhsullarını kütləvi şəkildə geri çağırır  |    

Şərti sərhəddə təxribat: DSX zabiti Ermənistan tərəfdən açılan atəşdən yaralanıb

Aprelin 10-da, saat 15:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən iki nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 179 10.04.24 17:09