"Lənkəran-Boradigah-Masallı yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər", - deyə məlumatda bildirilir.
* * * * *
Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.
Median.Az "Report"a istinadən xəbər verir ki, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilib.
İlkin informasiyaya əsasən, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 13 nəfər Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.