Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

Daşkənd şəhərində Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılması planlaşdırılır. Bu, Özbəkistan prezidentinin imzaladığı qərara əsasən həyata keçiriləcək. Universitetin əsas məqsədi türk dünyası ölkələri arasında siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə töhfə verməkdir

Median.Az
-ın verdiyi məlumata görə, bu barədə ölkənin "Norma" hüquqi portalı xəbər verib.

Yeni universitet mühəndislik, tikinti, logistika, İT, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, eləcə də iqtisadi və sosial sahələr üzrə kadrlar hazırlığını həyata keçirəcək. Təhsil prosesi beynəlxalq standartlara uyğun qurulacaq. Tədris proqramları aparıcı xarici universitetlərlə, xüsusilə Türkiyənin ali təhsil müəssisələri ilə birgə hazırlanacaq. Eyni zamanda, birgə təhsil proqramlarının reallaşdırılması və elmi araşdırmaların aparılması da nəzərdə tutulur.

Universitet tələbələrin akademik mobillik proqramları çərçivəsində xarici təhsil və elmi qurumlarla əməkdaşlıq edəcək. Təhsil müəssisəsi Özbəkistan Ali Təhsil Respublika Şurası və Türkiyə Ali Təhsil Şurasının təsisçiliyi ilə qeyri-dövlət universiteti statusunda fəaliyyət göstərəcək.

2025/2026-cı tədris ilindən etibarən təhsil prosesi dünya reytinqlərinin ilk 1000-liyinə daxil olan və öz istiqamətlərində lider sayılan Türkiyə universitetlərinin proqramları əsasında qurulacaq. Tələbələrin təhsili ödənişli-müqavilə əsasında təşkil ediləcək və qəbul parametrləri, təhsil haqqı universitet tərəfindən müəyyənləşdiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            216 28.01.25 17:12