ABŞ Prezidenti Donald Tramp "Dəmir qübbə" raket əleyhinə milli müdafiə sisteminin qurulmasına dair sərəncam imzalayıb.
Bu barədə məlumat Ağ Evin rəsmi internet saytında dərc edilib.
Xatırladaq ki, yanvarın 20-də baş tutmuş andiçmə mərasimində D.Tramp bildirmişdi ki, "Dəmir qübbə" ölkə daxilində istehsal olunacaq.
"Mən hərbçilərimizə tam şəkildə ABŞ-də istehsal olunacaq böyük "Dəmir qübbə" raket əleyhinə müdafiə qalxanının hazırlanmasına başlamaq əmrini verəcəyəm", - o qeyd etmişdi.