“Azərkosmos” Belçikanın “SatADSL” şirkəti ilə əməkdaşlığa başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:19 Ermənistan və Ukraynada şantajçı-botlardan on milyonlarla avro qazanan fırıldaqçılar saxlanılıblar  |     18:10 Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |     18:03 14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıblar  |     17:18 Şabranda yeniyetmə dördüncü mərtəbədən yıxıldı  |     17:13 Zaxarova: "Delimitasiya üzrə işlərin praktiki mərhələsi regional sabitlik üçün vacibdir"  |     16:53 Rusiya XİN: "Qərb qüvvələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışırlar"  |     16:41 Polineziya nümayəndə heyətinin rəhbəri: "Azərbaycanın dəstəyinə ehtiyacımız var"  |     16:30 Valideynlərin nəzərinə! - FOTO  |     16:24 Hava xəbərdarlığı: Mayın 31-i...  |     16:08 Azərbaycan Ordusunda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO  |     16:05 Fərid Mehralızadə saxlanılıb? - DİN-dən açıqlama  |     15:44 "X" üçün yeni qərar: Bu paylaşımlara müdaxilə ediləcək  |     15:31 Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     15:13 Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib  |     14:53 İrəvandan Geğarkunikdəki mövqelərin Azərbaycana təhvil verilməsi ilə bağlı məlumata REAKSİYA  |     14:38 "Meta"dan İsraillə bağlı qərar: Yüzlərlə hesab bağlandı  |     14:21 Bu ərazilər də Azərbaycana təhvil verilir  |     13:57 Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?  |     13:56 Artezian quyularının naqillərini oğurlayan şəxslər saxlanıldılar - VİDEO  |     13:22 Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu  |    

“Azərkosmos” Belçikanın “SatADSL” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” ASC və Belçikanın internet və yayım xidmətləri təqdim edən “SatADSL” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə “Azərkosmos” məlumat yayıb.

Müqaviləyə əsasən, “SatADSL” şirkəti özünün bulud əsaslı platformasından “Azerpsace-1” peykinin Mərkəzi Asiya yayım şüası vasitəsilə peyk internet xidmətləri təqdim edəcək. Bununla da şirkət Mərkəzi Asiyadan olan müştərilərini “Azerspace-1” peyki üzərindən hazır internet paketləri ilə təmin edəcək.

Qeyd edək ki, “SatADSL” şirkəti dünyanın 45 ölkəsində peyk interneti xidmətləri göstərən platformaya malikdir və telekommunikasiya sahəsində bütün dünyaya etibarlı peyk həlləri təklif edir.

“SatADSL” ilə əməkdaşlığımız “Azərkosmos”un müştərilərinə və tərəfdaşlarına peşakarlıqla təqdim etdiyi keyfiyyətli xidmətin göstəricisidir. “SatADSL” şirkəti ilə işləməkdən məmnunuq və bu əməkdaşlıq çərçivəsində növbəti illər ərzində qarşılıqlı fayda gətirəcək yeni layihələrimizin olacağına inanırıq”, - deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

“Azərkosmos” ilə qurduğumuz bu strateji tərəfdaşlıq bizə Şərqi Avropa regionunda və Rusiyada rabitə xidmətləri üzrə geniş imkanlar yaradacaq. Bu tərəfdaşlıq sayəsində rabitənin problemli olduğu bölgələrdə yüksək keyfiyyətli və etibarlı peyk xidmətləri təqdim edəcəyik”, – deyə “SatADSL” şirkətinin direktoru Tierri Eltges bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            699 11.01.21 21:56