Vətən müharibəsinin ilk günü itkin düşən Orxan - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |    

Vətən müharibəsinin ilk günü itkin düşən Orxan - FOTO

Vətən müharibəsində itkin düşənlərdən biri də 28 yaşlı Yusubov Orxan Allahverdi oğludur. Bu barədə “Qafqazinfo”ya atası Allahverdi Yusubov məlumat verib.

O qeyd edib ki, sentyabrın 21-də oğlu Kəpəz rayon Səfərbərlik Xidmətinin çağırışıyla təlimə yollanıb:

“N saylı hərbi hissənin “Həmlə” qrupunda olub. Sentyabrın 26-da zəng etdi ki, onları Toğanaya gətiriblər. Səhəri gün də müharibə başladı, həmin tarixdən sonra əlaqəmiz yoxdur. Rayonun Səfərbərlik şöbəsinə dəfələrlə müraciət etdik. Onlar da bildirdi ki, Hərbi Prokurorluqda olan siyahıyla tanış olmaq lazımdır. Oktyabrın 21-də siyahıya baxdıq. Prokuror dedi ki, oğlum naməlumların siyahısındadır. Murovda neytral zonada qalıblar. Daha sonra hərbi hissəyə getdim. Dedilər ki, 41 nəfər itkin düşüb. Yaralanan və sağ qalanlardan da oğlumu harada gördüklərini soruşdum. Əsir düşüb düşməməsi məsələsi barədə də bizə məlumat verilmir”.

Orxanın anası Sabirə Yusubova isə bildirib ki, oğlu Kəpəzdə yerləşən marketlərin birində administrator işləyib: “Sentyabrın 21-də səhər onu işə yola saldım. İşdə Səfərbərlikdən zəng gəlib. O da atasıyla danışaraq evdən hərbi biletini gətirməsini istəyib. Mən oğlumla sağollaşmadan, görüşmədən təlimə getdi. İki oğul övladım var. Orxan subaydır, 3 aydır ki, ondan xəbər ala bilmirik. Sonuncu danışığımız elə sentyabrın 26-da olub. İstəyimiz odur ki, oğlumuz haqqında tezliklə xoş xəbər eşidək”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin dünən yaydığı açıqlamada bildirilirdi ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            864 22.12.20 23:51