Müharibədən zərər çəkən uşaq və analara tibbi-psixoloji dəstək » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |     16:15 Qəzzada ölənlərin sayı 46 707 nəfərə çatdı  |     15:55 Ermənistan Rusiyaya NOTA verdi  |     15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |    

Müharibədən zərər çəkən uşaq və analara tibbi-psixoloji dəstək

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Ağcabədi və Ağdam rayonlarında müharibədən zərər çəkən azyaşlı uşaqlar, südverən analar və hamilə qadınlar üçün tibbi-psixoloji, eləcə də onların sosial, fiziki və əqli inkişafına dəstək layihəsi həyata keçirilir.

Rayonlara ezam olunmuş pediatr, uşaq psixiatrı, nevroloq və psixoloqlar iki ay davam edəcək layihəyə cəlb edilən şəxslərin müayinə və müalicəsini aparır, uşaqların rahat və təhlükəsiz şəraitdə yetişməsi, şəxsiyyət kimi formalaşması üçün inkişafetdirici oyunlar, müxtəlif fəaliyyətlər təşkil edirlər. Eləcə də gənc analara uşaqların təlim-tərbiyəsi, ana südü ilə qidalandırılmasının əhəmiyyəti, uşaqlar və valideynlər arasında emosional bağlılığın təşviqi və digər istiqamətlərdə məsləhətlər verilir.

RİİB könüllüləri sakinlərin layihəyə cəlb olunması və qeydiyyatı, layihənin icrası zamanı yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət, həmçinin maarifləndirmə işləri həyata keçirirlər.

Qeyd edək ki, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin layihənin icra vəziyyəti ilə yerində tanış olmaq üçün Ağcabədi və Ağdam rayonlarında olub və rayon icra hakimiyyəti nümayəndələri, həkimlər, pasiyentlər, RİİB könüllüləri ilə görüşərək onlarla fikir mübadiləsi aparıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            984 18.12.20 19:28