Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:13 Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb  |     20:04 Kiçik Mərdəkan qəsri bərpa ediləcək  |     19:59 Naxçıvan Boks Federasiyası fəaliyyətini dayandırıb  |     19:51 Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunub  |     19:46 Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ  |     19:40 54 şəxs və 29 təşkilat Aİ-nin sayca 15-ci sanksiya paketinə daxil ediləcək  |     19:32 İndoneziyada torpaq sürüşməsi nəticəsində 27 nəfər ölüb  |     19:25 Fransızların 63 faizi Makronun istefasını istəyir  |     19:20 İsmayıllıda inzibati bina yanıb  |     19:13 Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb  |     19:06 Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurub  |     18:53 Ermənistanda Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb  |     18:36 Azərbaycan Özbəkistanın 2 vətəndaşını qarşı tərəfə təhvil verib  |     18:22 Putin: "KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi" - VİDEO  |     18:04 Azəbaycanda sabiq deputat məhkəməyə VERİLDİ - SƏBƏB  |     17:51 Nəbatət Bağına giriş BU QİYMƏTƏ olacaq  |     17:43 "Baku Steel Company" şirkətində Rasim Məmmədovdan sonra da üç milyonluq yeyinti olub  |     17:25 Xəzər dənizində zəlzələ olub  |     17:08 Yasamal rayonunun 4 küçəsində qaz olmayacaq  |     17:01 Bakıda kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO  |    

Müddətli həqiqi hərbi xidmətə çağırış davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, möhlət hüququ olmayan vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə çağırışı davam edir.

Dövlət Xidmətindən verilən məlumata görə, gənclər həqiqi hərbi xidmətə getmək, Vətən qarşısında borclarını yerinə yetirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə böyük ruh yüksəkliyi və həvəslə gəlirlər.

Yolasalma mərasimlərində müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilən və qarşıdakı üç ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunacaqları yerlərdə davam etdirəcək gənclərə şanlı Azərbaycan əsgəri kimi müqəddəs adı daşımaları münasibətilə təbriklər çatdırılır, onlara şərəflə xidmət etmələri, nizam-intizamlı olmaları, hərb işinin sirlərinə mükəmməl yiyələnmələri, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələri tövsiyə edilir.

Xalqımız tarixin müxtəlif dövrlərində taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər oğullara etibar edib. Hərbi xidmətə yola düşən çağırışçılar məhz belə şəxsiyyətləri özlərinə nümunə bilərək Vətənə layiqli övlad kimi xidmət edəcəklərini vurğulayırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 214 09.10.20 18:05