Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASI » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |     19:04 Komissiya: Azərbaycan informasiya məkanına müdaxilə edilib, sosial mediada kampaniya aparılıb  |     19:03 AAYDA: Son 20 ildə I texniki dərəcəli avtomobil yollarının uzunluğu 2000 km artıb  |     19:02 İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb  |     19:01 Bəzi ərazilərdə dumanlı hava şəraiti fevralın 2-dək davam edəcək  |     19:00 Balidə Rusiya Baş Konsulluğu yaxın vaxtlarda fəaliyyətə başlayacaq  |     18:59 "Lion" yeni baş məşqçisini açıqlayıb  |     18:58 Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb  |     18:58 Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb  |     18:57 Azərbaycanda pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib  |    

Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASI

30 illik təcrübəsi olan rusiyalı məşhur psixoloq, yazıçı və aparıcı Mixail Labkovskovun münasibətləri sağlam qiymətləndirmə bacarığına heç kəs laqeyd qala bilmir. Etiraf etmək lazımdır ki, kəskin görünən cümlələrin axrasında böyük bir həqiqət payı yatır.

"Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan isə gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır".

"Əgər ən yaxşı seks qalmaqaldan sonra yaranırsa, bu, müvəqqətidir, çox keçməz aranızda ancaq mübahisələr qalar".

"Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz".

"Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar".

"Öz yarını tapa bilməyən gənc, müvəffəqiyyətli və gözəl qadınlara gəlincə, onların "plankası" yüksəkdir. Bu, münasibət qura bilməmək qabiliyyəti və onlar qarşısında dayanan qorxudur".

"Biz sevgini əzabların hüdudları ilə qiymətləndiririk. Halbuki sağlam sevgi sənin nə qədər xoşbəxt olmağındır".

"Əgər ərə getmək istəyirsinizsə, sadəcə bu barədə düşünməyə son verin. Bu, kapotun üstündə gəlincik, duvaq və digər zir-zibil arzulamağa bərabərdir. Sağlam insanlarda vəziyyət bir qədər başqa görünür. Birincisi, onların sevməyə ehtiyacı var. Bu tələbat imkan verir ki, onları sevən kişi ilə tanış ola bilsin".

"Sağlam insanlar həmişə özünü, nevrozlar isə özünə ziyan verən münasibətləri seçir. Baş bu, onlar arasında baçlıca fərqdir".

"Heç bir halda evli kişi ilə münasibət qurmağa dəyməz. Balıq mağazasından balıq, ət mağazasından ət alırlar. Vaxtınızı boşa itirməyin. Evli kişiyə arvad lazım deyil, o, onsuz da evində var".

"Əgər ərə getmək istəyirsinizsə, kimləsə görüşürsünüzsə, hətta bir il yarım birlikdə yaşayırsınızsa və heç nə dəyişmirsə, ondan ailə qurmaq və toy etmək istədiyini soruşmaq lazımdır. Əgər kişi ailə qurmağa hazır deyilsə, deməli, onunla vidalaşmağın vaxtıdıtr. Əlbəttə ki, yaxşı yolla. Məsələn, “Sənə çox isti yanaşıram və eyni ruhda davam edəcəm, amma səndən uzaqda” deyə bilərsiniz".

"Əgər kimsə bir insan üçün bütün dünyanı əvəz edirsə, deməli, o insanın öz dünyası yoxdur".

"İllərlə evdə oturub ev təsərrüftı və uşaqların tərbiyəsi ilə məşğul olan qadın "xarablaşır". Bu, qaçılmazdır. Nəticə etibarı ilə kişi bu qadınla darıxmağa və onu səhef hesab etməyə başlayır. Bu isə boşanmağa doğru atılan yarım addımdır".

"Yalınızlıq - ətrafında sevginin olmaması yox, özünə marağın olmamasıdır".

"Əgər o, sizi narahat edirsə, ayrılın. Tək qalmaqdan qorxmayın. Dünyada heç bir kişi ona görə özünü sındırmağa, onun qarşısında əyilməyə, ondan ötrü arzu və ehtiyaclarından vaz keçməyə layiq deyil. Heç bir kişi!"

"Hər şey sadədir. Sizə ya birlikdə yaxşıdır, ya da sadəcə ayrılmaq lazımdır. Yeri gəlmişkən, hipoteka almazdan və 3 uşaq doğmazdan əvvəl".

"Psixoloji cəhətdən sağlam olan insan öz hisslərinə istiqamətlənir və həmişə özünü seçir. Nə sevgi, nə də gözəllik qurban tələb etmir. Əgər tələb edirsə, bu, dəqiq sizin hekayəniz deyil. Aradan sürüşün. Elə bir hədəf yoxdur ki, uğrunda uğursuz münasibtələrə dözmək lazım olsun".

"Bütün həyatını barmaqların ucunda qura bilmərsən, məyus olmaq əvvəldən əsl özünü göstərməkdən həmişə daha ağrıdır".

"Partniyorunda axtardığı yeganə keyfiyyət səni özünə cəlb etməsidir. Qalan heç bir məsələ heç bir rol oynamır. Əgər onu sevirsənsə, ona görə narahat olur və həyəcanlanırsa, onda heç bir “planka” yoxdur".

"Özünü sevməyən insanlar bir-birini sevə bilməz, odur ki, belə cütlük xoşbəxt ola bilməz".

"Ərə getmək üçün nə etmək lazımdır? Sadəcə bir şeyi etmək lazımdır – özün olmaq. Bu, kifayətdir. Prinsipcə, təkcə buna görə sevirlər".

"Əgər onun sizinlə davranışı xoşunuza gəlmirsə, xoşagəlməz nə isə edin, ona bu barədə bir dəfə deyin. Əgər vəziyyət dəyişmirsə, “Xoşgetdin”.

"Normal insan sayğı duyulmayan münasibəti davam etdirməz. Və belə münasibətə ümumiyyətlə başlamır".

"İnsan həyatının girov hesab edildiyi bir dövr var ki, valideynlərindən obyektik şəkildə asılı olur. Bu, uşaqlıq və valideynlərdən asılılıqdır. Amma bu dövr qısa çəkir. Qalan bütün hallarda istənilən münasibətlərdə yetkin insanın seçimi dayanır".//publika.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 737 18.06.19 21:47