Sudan istifadə siqaretdən imtinaya kömək edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |     20:26 Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır  |     20:21 Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir  |     20:13 Nizami Alışana investisiya üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib  |     20:08 Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb  |     20:01 Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub  |     19:56 Gələn həftə Cənubi Koreya Prezidentinin həbsinin ləğvi ilə bağlı dinləmələr keçiriləcək  |     19:49 Yunanıstan sahillərində zəlzələ baş verib  |     19:43 Alessandro Nesta 7 həftə əvvəl qovulduğu kluba qayıdıb  |     19:37 Perinatal Mərkəzin sabiq direktoru: 6 nəfər vəzifə borcunu yerinə yetirmədiyi üçün yanğın hadisəsi olub  |     19:30 İdxal olunan baytarlıq preparatının tələblərə cavab vermədiyi aşkarlanıb  |     19:22 İlon Mask 59 milyon dollarlıq əsassız xərc aşkar edib  |     19:17 Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib  |     19:10 Çindən Əfqanıstana dəmir yolu marşrutu istifadəyə verilib  |     19:04 Lenin mavzoleyi iki aylıq bağlanacaq  |     19:00 Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq  |     18:59 Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  |    

Sudan istifadə siqaretdən imtinaya kömək edir

Sudan istifadə zərərli vərdişlərdən xilas olmağa kömək edir. Su orqanizmdən zərərli maddələri yuyub təmizləməklə yanaşı, siqaret çəkənlərin nikotindən asılılığına məruz qalmasının qarşısını alır.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Rusiya İctimai Səhiyyə Assosiasiyasının prezidenti, Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Demin "Sputnik" radiosuna verdiyi müsahibədə söyləyib.

Professor deyib: "Siqaret çəkənin su ilə dolu şüşə qabı əlinə götürməsi onun əlinə başqa əşya götürməsinə imkan verməyəcək. Siqaret çəkmək əlləri məşğul edir, buna görə də bir içim su onu müəyyən dərəcədə əvəz edə bilər".

O qeyd edib ki, su siqaretdən imtina edəndən sonra meydana gələn baş ağrılarından qurtulmağa da yardım göstərir. "Çox vaxt siqaretdən imtina etdikdən sonra ilk həftələrdə baş ağrılarından şikayətlənirlər, çünki bədəndə nikotin çatışmazlığı yaranır. Əlavə su qəbulu həmin ağrıların öhdəsindən gəlməyə imkan verir", - deyə professor bildirib.

Suyun siqaretdən imtina edəndən sonra çəki artımı ilə üzləşənlərə də kömək etdiyini vurğulayan Andrey Demin deyib: "Suyun istehlakı orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Həmin vaxt yüksək kalorili qazlı içkilərdən imtina etmək və adi su içmək lazımdır. Bundan başqa, yeməkdən əvvəl su içmək qidanın miqdarını məhdudlaşdıra bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 698 19.06.20 23:46