Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? – Telefonun işığı yandısa... » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |     20:26 Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır  |     20:21 Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir  |     20:13 Nizami Alışana investisiya üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib  |     20:08 Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb  |     20:01 Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub  |     19:56 Gələn həftə Cənubi Koreya Prezidentinin həbsinin ləğvi ilə bağlı dinləmələr keçiriləcək  |     19:49 Yunanıstan sahillərində zəlzələ baş verib  |     19:43 Alessandro Nesta 7 həftə əvvəl qovulduğu kluba qayıdıb  |     19:37 Perinatal Mərkəzin sabiq direktoru: 6 nəfər vəzifə borcunu yerinə yetirmədiyi üçün yanğın hadisəsi olub  |     19:30 İdxal olunan baytarlıq preparatının tələblərə cavab vermədiyi aşkarlanıb  |     19:22 İlon Mask 59 milyon dollarlıq əsassız xərc aşkar edib  |     19:17 Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib  |     19:10 Çindən Əfqanıstana dəmir yolu marşrutu istifadəyə verilib  |     19:04 Lenin mavzoleyi iki aylıq bağlanacaq  |     19:00 Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq  |     18:59 Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  |     18:58 Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     18:58 Türkiyə ordusu Suriyada əməliyyat keçirib, üç terrorçu öldürülüb  |     18:57 Fransada məlumat emalı mərkəzləri və süni intellekt infrastrukturuna 20 milyard avro yatırılacaq  |    

Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? – Telefonun işığı yandısa...

Smartfon sahiblərinin bir çoxu qacetlərinin kənar şəxslər tərəfindən dinlənildiyini bilmirlər.

"TelecomDaily" analitik-informasiya agentliyinin rəhbəri Denis Kuskov telefonunun dinləndiyini necə bildiyini açıqlayıb.

Median.Az ted.az-a istinadən bildirir ki, ekspertin sözlərinə görə, smartfonun dinləmədə olduğunun əlamətlərindən biri telefonda proqram təminatının və ya əlavə tətbiqlərin yaranmasıdır, hansı ki, sahibi özü quraşdırmayıb.

"Əgər görürsünüz ki, siz toxunmadığınız halda telefonunuz "öz həyatını yaşayır", yəni qoşulub-sönür, o zaman dinləmə proqramı işə başlayıb", - deyə ekspert izah edib.

D.Kuskov bildirib ki, smartfon batreyasının tez enerji itirməsi də xoşagəlməz sürpriz ola bilər: "Həmin "sürprizlərin" qarşısını almaq üçün smartfonlarınızda quraşdırılmış tətbiqləri mütəmadi olaraq yoxlamaq məsləhət görülür. Özünüzü dinləmə prosesindən qoruya bilərsiniz, bu cür tətbiqlərin işini dayandıran xüsusi proqramlar mövcuddur".

Ekspert dinləmə variantlarının çox olduğunu vurğulayıb: "Leqal və qeyri-leqal üsul var (qanuni və qeyri-qanuni). Leqal və ya qanuni dinləmə məhkəmə və ya digər instansiyalar tərəfindən rəsmi olaraq əldə edilir. Başqa üsul isə ər, arvad, eləcə də rəqiblərin etməyə çalışdığı qeyri-qanuni dinləmədir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 791 06.06.20 22:58