Pakistanın baş naziri Prezident İlham Əliyevi təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |     18:39 "Səs Azərbaycan"ın iştirakçısı ABŞ-Mekaika sərhədində öldürüldü - VİDEO  |     18:23 Məmmədli sakinləri acınacaqlı durumda: "Şikayətimizə baxan yoxdur" (VİDEO)  |     18:17 Avropa çempionu olan yüngül atlet ağır xəstəliyə tutulduğunu açıqlayıb  |     18:00 Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı  |     17:53 Tikinti materialları bahalaşdı - VİDEO  |     17:45 Aşura günü ÜÇ MİNƏ YAXIN şəxs könüllü qan verib  |    

Pakistanın baş naziri Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Əlamətdar bayram - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Müstəqillik Günü Azərbaycanın qurucularının ölkənin taleyini formalaşdırmaq əzmini və uzaqgörənliyini nümayiş etdirir.

Pakistan Azərbaycanla ortaq inanca, dəyərlərə və səylərə əsaslanan güclü qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etməsi böyük məmnunluq doğurur. Ölkələrimiz əsl qardaşlar kimi beynəlxalq forumlarda əsas maraq doğuran bütün məsələlərdə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır.

2023-cü ilin iyun ayında gözəl Bakı şəhərinə səfərim zamanı apardığımız məhsuldar müzakirələri, eləcə də bu yaxınlarda Ramazan bayramı ilə əlaqədar telefon danışığımızı böyük məmnunluqla xatırlayıram. Zati-alinizin qardaşlıq əlaqələrimizi daha yüksək zirvələrə qaldırmaqla bağlı mövqeyi məni həmişə ruhlandırıb.

Zati-aliləri, məhz bu ruhda Sizə münasib olan ən yaxın zamanda Pakistana rəsmi səfər etmək barədə dəvətimi bir daha bildirirəm. Bu səfər bizim zamanla sınanmış və davamlı dostluq əlaqələrimizə təkan verməklə yanaşı, həm də münasibətlərdə yeni və şərəfli bir səhifə açacaqdır.

Zati-alinizə möhkəm cansağlığı, rifah, qardaş Azərbaycan xalqına isə davamlı firavanlıq və tərəqqi arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            738 05.06.24 17:38