Mojo.az Banner
13:57 Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən uşağın SON DURUMU  |     13:56 Biləsuvarda transformator partlayıb  |     13:44 Polşa və Litva Rusiya sərhədində birgə poliqon yaradır  |     13:42 Hakimin ölümünə görə "Azəriqaz" əməkdaşına HÖKM OXUNDU - FOTO  |     13:41 Azərbaycan nefti ucuzlaşıb  |     13:40 Sakit okeanda güclü zəlzələ baş verdi  |     13:38 Dünyada ilk ikitərəfli televizor təqdim edildi  |     13:35 Əli Əsədov məzuniyyətə çıxıb  |     13:13 ARB-nin yayımı 24 saatlıq dayandırılacaq  |     13:08 Keçmiş məhkumda 7 kq marixuana aşkarlandı  |     13:04 Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi - Ölən var  |     12:59 “Neftçi” 3 futbolçu transfer etdi  |     22:16 Baltik dənizindən keçən sualtı elektrik xətti sıradan çıxdı  |     21:59 Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb  |     21:58 Gəncədə tövlə yandı, ev quşları tələf oldu  |     21:53 Elvin üçün "Qarabağ"a 3 milyon avroluq təklif gəlib?  |     21:38 Azərbaycanda yumurtanın qiyməti bu tarixdən UCUZLAŞACAQ  |     21:35 Moskva məhkəməsi Filipp Kirkorova mülklərini saxlamağa icazə verdi  |     20:41 Türkiyədə silahlı şəxs müəllimə hücum etdi  |     20:28 Azərbaycanda cinayət törədən uşaqlar: hər il 400-dən çox...  |    
Left Banner
Right Banner

İlham Əliyev Çin sədrini təbrik etdi

10.02.2024 16:17 2 415
İlham Əliyev Çin sədrini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm.

Fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah və əmin-amanlıq arzulayıram”.скачать dle 11.3
Mojo.az Banner